Mantra

Tibetdə bir çox Buddist mantraları ibadət niyyəti ilə qayalara oyurlar.

Mantra (sanskr. मन्त्र) — əsasən sanskritcə olan dini heca və ya poeziyadır. İstifadəsi mantra ilə əlaqəli məktəb və fəlsəfəsinə görə dəyişiklik göstərir. Əsasən ruhani kanallar olaraq istifadə edilir, sözlər və yaranan titrəşmələrdən faydalanaraq şəxsin daha yüksək bir şüura çatmasına kömək edirlər. Digər məqsədləri dini mərasimlərdə bolluğa sahib olmaq, təhlükədən uzaq olmaq və ya düşmənləri uzaqlaşdırmaq üçündür. Mantralar Hindistanda Veda Hinduizmi ilə yaranıb və daha sonra Buddistlər, Siqhlər ve Caynistlər tərəfindən mənimsənilmişdir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search